Gədəbəyə yağan qar yolları bağlayıb
Gədəbəy
rayonunda yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında
əlaqəni kəsib.Movq.az APA-ya istinadən bildirir ki, ötən gün yağan
qar Gədəbəy rayonunda da bir sıra fəsadlar yaradıb. Belə ki,
rayonun ucqar kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib. Komissiyadan
bildirilib ki, rayon Yol İstismarı Sahəsinin texnikası vasitəsi ilə
magistral yolların təmizlənməsi işi aparılır.Qar rayonun bir neçə
ucqar kəndini elektrik enerjisiz qoyub. Hazırda elektrikin
verilişinin bərpa edilməsi istiqamətində də işlərin aparıldığı
bildirilir.