Əlaqə Arxiv
news Image
2012.11.14
10:46
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə noyabrın 14-də arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

Noyabrın 14-ü axşam və 15-i xəzri küləyinin yenidən güclənməsi gözlənilir. Havanın temperaturu iqlim normasına yaxın olacaq.

Sizin Reklam Yeriniz