Azərbaycanın müdafiə naziri Qətərə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Qətərə yol düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Qətərin paytaxtı Dohada keçirilən "Yırtıcı Şahin-3" çoxmillətli birgə hərbi təlimin simpoziumunda iştirak edəcək.
Səfər Qətər dövlətinin Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Həmid ibn Əli Əl-Atiyyənin dəvəti ilə həyata keçirilir.