Əlaqə Arxiv
news Image
2012.11.20
14:33
| A A A
Linkolnun kreslosunda sıxışan pişik qurtarıldı

Movqe.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Abraham Lincolnun Floridadakı heykəlinin alt hissəsinə sıxışan və üç gün ərzində kömək gözləyən bala pişik xilasedicilər tərəfindən qurtarılıb. Region sakinlərinə səsini eşitdirərək 'kömək istəyən' pişiyi muzey səlahiyyətliləri himayəyə götürüb. 

ABŞ-ın Florida ştatının Minneola şəhərində olan Abraham Lincoln heykəlini gələn səsləri eşidən bölgə sakinləri bu səslərin heykəlin arxasında sıxışan üç həftəlik bala pişiyə aid olduğunu bilib. Pişiyi qurtarmaq üçün gələn xilasedicilər heykələ zərər vermədən pişiyi qurtarmağı bacarıb.

Xilasedicilər heykəlinin arxa tərəfində əzilən pişiyin həyatda qalmasını bir möcüzə kimi ifadə ediblər. Heykələ zərər vermədən arxa hissəsində bir dəlik açaraq pişiyi qurtaran vəzifəlilər susuz qalan balanı süd və su ilə bəsləyiblər.

Sizin Reklam Yeriniz