ABŞ-ın "Yahoo!" internet şirkətinin rəhbərliyi 2016-cı ildə əməkdaşlarının ştatını 15 faiz ixtisar etmək, həmçinin özünün bir sıra nümayəndəliklərini azaltmaq niyyətindədir.Movqe.az "vistanews.ru"-ya istinadən xəbərə görə, hələlik məlum olan odur ki, bu məlumatı bu gün keçiriləcək iclas zamanı elan edəcəklər.Bu gün keçiriləcək iclasda, həmçinin 2015-ci il üçün rüblük hesabatlar da təqdim ediləcək. Hazırda "Yahoo!" internet şirkəti böyük itkilərlə üzləşib. Son bir il ərzində ümumilikdə şirkət rəhbərliyi bütün dünya üzrə müxtəlif bölmələrdə çalışan 1 800 nəfəri ixtisar edib. "Yahoo!" mütəxəssisləri tələbatın artırılması və şirkətin rentabelliyi üzrə xüsusi plan hazırlayıblar. Bütün bunlara isə ancaq bir sıra bölmələri ixtisar etməklə nail olmaq mümkündür.