Əlaqə Arxiv
news Image
2016.02.02
17:42
| A A A
Xərçəng xəstəliyi olan futbolçunun durumuna AÇIQLAMA

Xərçəng xəstəliyi aşkarlanan Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub. Movqe.az xəbər verir ki, komandanın həkimi Sədrəddin Məmmədov "Report"a açıqlamasında Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib. Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidir: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb və xərçəng xəstəliyi olduğu məlum olub.

Sizin Reklam Yeriniz