Nazirlik: Azərbaycanda “donuz qripi”nə yoluxma ilə bağlı yayılmış məlumatlar əsassızdır
"Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda "donuz qripi"nə yoluxma halları barədə yayılmış məlumatlar əsassızdır". Movqe.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda qeyd olunub ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır: "Mütəmadi olaraq monitorinqlər həyata keçirilir"