Əlaqə Arxiv
news Image
2016.02.04
14:00
| A A A
Sabahın havası

Fevralın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a erilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Yarımadada gecə 4-6, gündüz 11-16 dərəcə isti olacaq. Bəzi yerlərdə 19 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.


Sabah rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.


Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz