Əlaqə Arxiv
news Image
2016.02.08
12:32
| A A A
Nazir Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə münasibət bildirib

"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".Movqe.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb: "Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Sizin Reklam Yeriniz