Ali məktəblərdə "Donuz qripi" əleyhinə dezinfeksiya tədbirləri qış tətili bitənədək yekunlaşdırılacaq. Bu sözləri Movqe.az Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov söyləyib. A. Məmmədov artıq altıdan çox ali məktəbdə dezinfeksiya tədbirlərinin başa çatdığını söyləyib: "Hazırda hə 8 kollecdə, eləcə də Azərbaycan Tibb Universiteti, Təhsil Problemləri İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Memarlıq və İnşaat Universitetində "donuz qripi"nə qarşı dezinfeksiya işləri aparılıb. Amma ali məktəblər böyük olduğundan bu işlər hələ də davam etdirilir. Çalışacağıq ki, ali məktəblərdə tətil bitənədək dezinfeksiya işləri yekunlaşdırılsın".