Əlaqə Arxiv
news Image
2012.11.21
13:31
| A A A
Fələstinli yaralılar baş naziri ağlatdı

Movqe.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi ilə Ərəb Birliyi ölkələrinin xarici işlər nazirləri Qəzzada bir araya gəlib.

Xarici işlər naziri Əhməd Davudoğlu tarixi ziyarətdə pezident Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın və Türkiyədəki 75 milyon əhalinin salam və ismarıclarını çatdırıb. 

"Öz evimizdeyik" deyən Davudoğlu bunları qeyd edi: "Türkiyə və Ərəb dünyası olaraq Qəzzada işlənən zülmün 

qarşısındayıq. Bizim tələbimiz açıqdır: O da İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılması və bölgədə tətbiq etdiyi embarqoya son verməsidir. İsrailin Qəzzanı açıq hava həbsxanasına çevirməsinə icazə verməyəcəyik. Biz Ərəb dünyası ilə birlikdə bu mühasirə ləğv edilənəqədər qəzzalıların yanındayıq".

Səfər edənlər İsrail hücumlarında yaralanan çox sayda Fələstinlinin müalicə gördüyü Şəfa Xəstəxanasına gədib.

Nazir yaralı fələstinliləri görüncə gözyaşlarına hakim ola bilməyib. 

Sizin Reklam Yeriniz