Metropoliten qanvermə aksiyası keçirəcək
"Bakı Metropoliteni" QSC sabah talassemiyalı uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirəcək. Movqe.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nəsimi Paşayev məlumat yayıb. N. Paşayev bildiirb ki, "Bakı Metropoliteni" QSC-nin bütün struktur vahidi rəhbərlərinin və QSC-nin bütün işçilərinin nəzərinə çatdırılır ki, 10-11 fevral 2016-cı il tarixlərdə "Bakı Metropoliteni" QSC-də talassemiyalı uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçiriləcəkdir. Qanvermə aksiyası:
-10.02.2016-cı il tarixdə səhər saat 10:00-dan etibarən QSC-nin İnzibati binasında,11.02.2016-cı il tarixdə səhər saat 10:00 dan etibarən elektrik deposunun ərazisində keçiriləcək. Qanvermə könüllülük prinsipi əsasında təşkil edilir.