Əlaqə Arxiv
news Image
2016.02.12
13:29
| A A A
Donorlardan toplanan qanlarda dəhşətli infeksiyalar aşkarlandı-ŞOK statistika açıqlandı

2015-ci ildə respublika üzrə donorlardan tədarük edilən 36 min 598 milli qandan,7-8 faizində təhlükəli infeksiyalar aşkarlandığından, yararsız hesab edilərək yararsızlaşdırılıb. 

Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasovanın Movqe.az-a verdiyi eksklüziv məlumatına görə, donorlardan tədarük olunan qanlarda HİV, Hepatit B və C, eləcədə siflis aşkarlanıb. N. Abbasova 2015-ci ildə ölkə üzrə 75 min 184 nəfər donorun qan verdiyini, onlardan tədarük olunan 36 min 598 milli qandan 7-8 faizində HİV, Hepatit B və C, eləcədə siflis aşkarlandığını söyləyib. N. Abbasova təhlükəli infeksiyalar aşkarlanan qanların arasında, qanvermə aksiyalarında tədarük olunan qanların da olduğunu qeyd edib. Onun sözlərinə görə, qanvermə aksiyalarında iştirak edən, həmçinin digər donorlardan tədarük olunan qan, ciddi şəkildə dörd təhlükəli infeksiyaya görə labarator müayinədən keçirilir. Və bu işə çox ciddi nəzarət olunur. 

Sizin Reklam Yeriniz