Əlaqə Arxiv
news Image
2016.02.12
15:00
| A A A
Aşıq Azər Xanlaroğlunun adına hesab açıldı - Yardım edək!

Çağdaş aşıq sənətinin tanınmış nümayəndələrindən biri olan Azər Xanlaroğlunun adına bank hesabı açılıb. Movqe.az-ın məlumatına görə, aşıq Azərin müalicəsi üçün artıq Bank Respublikada hesab nömrəsi açılıb. Yardım etmək istəyənlər məbləği aşağıdakı hesaba köçürə bilər. Onu da bildiririk ki, hesaba "MİLLİ ÖN" terminalları vasitəsilə istənilən yerdə də ödəniş etmək mümkündür.

"Milli ÖN"də ödəmək üçün Bank Respublika kod: 380194401151751001

Şəxsiyyətin seriya nömrəsi: 14040620

Qeyd edək ki, 33 yaşlı məşhur aşıq 3 ildir "Hepatit B" xəstəliyindən əziyyət çəkir. Aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Xəstəliyinin müalicəsi mümkündür, amma maddi vəziyyət buna imkan vermir. Deyilənə görə, xəstəliyin müalicəsi İsraildə 60 min dollara başa gəlir.

Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib.


Sizin Reklam Yeriniz