Əlaqə Arxiv
news Image
2012.11.22
10:06
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 22-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə isə noyabrın 22-də bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.

Sizin Reklam Yeriniz