Əlaqə Arxiv
news Image
2016.02.15
12:35
| A A A
Nazirlik “Facebook”da suallara cavab verəcək

Təhsil Nazirliyi tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı sualları cavablandıracaq. Movqe.az-a daxil olan məlumata görə, 15-19 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Facebook" səhifəsində ""Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələrlə bağlı suallara cavab veriləcək.

Suallar şərhlər vasitəsilə cavablandırılacaq.


İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər.


Hörmətli "Facebook" istifadəçiləri!


- Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.


- Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.


- Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.

Sizin Reklam Yeriniz