Əlaqə Arxiv
news Image
2016.02.15
17:10
| A A A
Aztəminatlı ailələr ev sahibi olacaq
Musa Quliyev: "Ola bilər ki, bu məsələ İpoteka Fonduna həvalə olunsun" Samir Əliyev: "Mütləq deyil ki, sosial evləri dövlət özü inşa etsin"

Ölkədə evə təlabatı olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üçün görüləcək tədbirlərdən biri də sosial evlərin inşası məsələdir. Hansı ki, artıq bir neçə dəfə gündəmə gələn bu məsələ hələ də mənzilə tələbatı olan vətəndaşların gözünü yolda qoyub. Sosial evlərin inşası Mənzil Məcəlləsində də öz əksini tapsa da, bu günədək reallaşmayıb. Bəs görəsən bu il sosial evlərin inşası baş tuta bilərmi?

Ekspertlər bunun mümkün olduğunu söyləyirlər. Millət vəkili Musa Quliyev Movqe.az-a açıqlamasında deyib ki, sosial evlərin tikintisi zaman-zaman gündəmə gəlsə də, bununla bağlı hələki ortada konkret 

qərar yoxdur: "2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində dövlət hesabına sosial evlərin inşası nəzərdə tutulur.

Burada aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən mənzil fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və mənzil fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri və s. ətraflı şəkildə qeyd edilib. Vətəndaş yaşadığı müddət ərzində çox az məbləğdə vəsait ödəməklə həmin sosial mənzilə sahib ola bilər. Amma hələki bizdə bu evlərin tikintisinin necə reallaşacağı dəqiq deyil. Bu günlərdə İpoteka Fondunun əsasnaməsi təsdiqlənəcək. Ola bilər ki, bu məsələ İpoteka Fonduna həvalə olunsun. Amma yenə indidən qəti fakir söyləmək olmaq. Ola da bilər ki, banklara güzəştlər hesabına dövlət bu məsələni yoluna qoysun. Hər halda bununla bağlı İpoteka Fondunun əsasnaməsi təsdiqləndikdən sonra bir söz demək olar".


İqtisadçı Samir Əliyev isə deyir ki, bələdiyyələrin maddi imkanı olmadığından, bu iş yenə də dövlətin üzərinə düşür: "Sosial evlərin inşası, əhalinin mənzilə tələbatının ödənilməsi istiqamətində siyasətin tərkib hissəsidir. Əhalinin mənzillə təminatı məsələsi müxtəlif cür həll olunur. Bir istiqamət İpoteka kreditləşməsidir. Digər istiqamət isə, "Tikinti əmanəti bankları" haqqında qanun layihəsidir ki, indiyədək bizdə qəbul edilməyib. Bu zaman vətəndaşlar banklara əmanət qoyurlar. Həmin əmanətin məbləğ mənzilin dəyərinin 50 faiz həcminə çatdıqda, vətəndaşın banka qoyduğu əmanət və mənzilin qiymətinin 50 faizi həcmində aşağı faizlə kredit ayrılır. Bu yolla banka əmanət qoyan şəxs mənzil sahibi ola bilir. Bizdə isə bu məsələ hələki tətbiq olunmur. Odur ki, güman yenidən sosial evlərin inşasına qalır. Sovet dövründə "xruşovka" tipli evlər hesabına vətəndaşların mənzilə olan ehtiyacı qarşılanırdı. Çünki, həmin evlər az xərc aparan mənzil layihəsində inşa olunurdu. Ola bilər ki, dövlət Azərbaycanda da bu cür təcrübəni bərpa edərək az xərcli evlərin inşasına başlasın. Mütləq deyil ki, sosial evləri dövlət özü inşa etsin. Ola bilər ki, İpoteka Fondunun əsasnaməsinə dəyişiklik hesabına bu məsələ öz həllini tapsın. Aşağı faizlə və uzunmüddətli kreditlə vətəndaşlar mənzil sahibi olsunlar. Yaxud da, sahibkarlara güzəşt edilərək bu məsələ yoluna qoyulsun. Hər halda bu məsələ Mənzil Məcəlləsində öz əksini tapıb. Tez-tez gündəmə gətirilməsi də reallaşmasına ümid verir".  

Qeyd edək ki, 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində dövlət hesabına sosial evlərin inşası nəzərdə tutulur.

Sizin Reklam Yeriniz