Əlaqə Arxiv
news Image
2016.02.17
12:10
| A A A
Türkiyə vətəndaşından gömrük nəzarətinə təqdim edilməyən 5 000 dollar aşkarlanıb

Azərbaycan gömrük xidməti əməkdaşlarından Türkiyə vətəndaşından 5 000 ABŞ dollar aşkar olunub.Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan, o müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.D. Selaminin üzərində yoxlama aparılarkən əynindəki göy rəngli şalvarın sağ qabaq cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan hər biri 100 ABŞ dollar nominalında 50 ədəd pul əskinasları, cəmi 5 000 dollar aşkar olunub.Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz