Əlaqə Arxiv
news Image
2016.02.17
15:12
| A A A
Azərbaycanda yeni peyvəndin tətbiqinə başlanıldı-Özəl
Afaq Əliyeva: "Artıq üç gündür ki, peyvəndin paytaxtda və vaksin çatdırılan rayonlarda tətbiqinə başlanılıb"

Azərbaycana yeni gətirilən inaktivləşdirilmiş polimelit peyvəndinin tətbiqinə başlanılıb. Bu barədə Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva deyib ki, artıq üç gündür ki, peyvəndin paytaxtda və vaksin çatdırılan rayonlarda tətbiqinə başlanılıb: "Səhiyyə naziri Oqtay Şirəliyevin inaktivləşdirilmiş polimelit peyvəndinin peyvənd təqviminə daxil edilməsi barədə bu ay imzaladığı əmirdən sonra, fevralın 15-dən etibarən bu vaksinin tətbiqinə start verilib. Vaksinin 6 ayı tamam olmuş uşaqlara yalnız 1 doza həcminə yalnız bir dəfə vurulacaq. Eyni zamanda oral peyvəndləmə də davam etdiriləcək.  İnaktivləşdirilmiş polimelit peyvəndi, oral polimelit peyvəndinin bir qədər gücləndirilmiş formasıdır. İnaktivləşdirilmiş polimelit peyvəndinin tətbiqi  uşaqlarda xəstəliyə qarşı imunteti daha da gücləndirəcək. Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb". 




Sizin Reklam Yeriniz