Əlaqə Arxiv
news Image
2012.11.23
14:06
| A A A
Şəhidlərə hörmətsizlik etdi, işdən qovuldu

Movqe.az xəbər verir ki, ABŞ-da şəhidlərlə çəkdirdiyi uğursuz fotoşəkilini Facebookda yayan Lindsey Stoneyə qarşı "Lindseyi qovun" adlı səhifə açılıb. Minlərlə adamın səhifəni bəyənməsindən sonra Stone yardılm derneyindəki işindən qovulub. ABŞ-ın Massachusetts əyalətində və LIFE adlı kömək Dərnəyindən çalışan Lindsey Stone ölkənin ən önəmli şehitliklerinden biri olan Arlingtonda bir əsgərin məzarı başında çəkdirdiyi fotoşəkilini Facebook səhifəsində paylaşıb. İnternetdə ən çox paylaşılanlardan olan foto şəxsiyyəti naməlum adam tərəfindən açılan "Lindsey Stoneni qovun" səhifəsini profil şəkli olub. İşlədiyi şirkət minlərlə adam tərəfindən bəyənilən səhifənin yayılmasından sonra Stonenin qovulduğunu eşitdirib. Əlillərlə çalışan dərnək işçisi 30 yaşlı Stone mediada geniş yayılan fotoşəkillərini iş yoldaşı Jamie Schuh ilə birlikdə çəkib. Facebookda açılan "Lindsey Stonenin qovun" səhifəsi təxminən 19 min adam tərəfindən bəyənilib. Kömək dərnəyi səlahiyyətliləri bu səhifənin açılmasından  sonra Facebookda Stone və Schuhun vəzifələrinə son verildiyi şərhini paylaşıb. 

Səlahiyyətlilər açıqlamada şəhid yaxınlarına bu sözlərlə ünvanlayıb: "Arlington şəhidliyində adı çəkilən iki 

işçimizin işinə son verdiyimizi eşitdirmək istəyirik. Şəhid ailələrinə edilən hörmətsizliyə görə, dərin kədər içindəyik". 

Bu açıqlamadan sonra ictimai medida cavab verən Stone və Schuh fotoşəkili əylənmək üçün çəkdiklərini, məqsədlərinin kiməsə hörmətsizlik etmək olmadığını söyləyiblər.

Sizin Reklam Yeriniz