Əlaqə Arxiv
news Image
2016.02.20
12:30
| A A A
Üzü qırışlardan necə qorumaq olar? - oxuyun

Qidalarımıza fikir verdiyimiz kimi, dərimizin sağlam bəslənməsinə də diqqət etməliyik. Süni hazırlanmış maskaların əvəzinə təbii məhsullardan istifadə etməliyik. Satışda olan hər bir kremin, maskanın tərkibində süni qatqı var. Üzü nəmləndirməyin ən gözəl üsulu isə təbii yağlardır.


Hər kəs 22 yaşından etibarən qırışlar eleyhinə üzə qulluq etməlidir. Üz həftədə 2 dəfə dəniz duzu ilə silinməlidir. Dəniz duzu suda isladılır, pambığa batırılır və üz silinir. 20-30 dəqiqədən sonra üz yuyulur, istədiyiniz yağlardan biri çəkilir ( günə çıxmamaq şərti ilə). Hər hansı yağı çəkmək üçün pambıq suya batırılıb, sıxılır, yağa batırılıb üzə çəkilir. Üz üçün ən lazımlı olan vitaminlər bunlardır.


A, B, C, E (təbii şəkildə) vitaminlər.

A – üzü tez qocalmadan, qırışlardan qoruyur

B – üzün təravətli olmasını təmin edir

C – üzü ləkələrdən qoruyur

E – üzün elastikliyini, nəmliyini qoruyur


Bəs bu vitaminlərin təbii məhsulları hansılardı?

A – kök, balqabaq, ərik, badam yağları

B – küncüt, buğda, balqabaq tumu yağları

C – limon, portağal, çobanyastığı, itburnu, qaraçörək otu yağları

E – qoz, fındıq, zeytun yağları

Bu yağlar soyuq sıxma və distilə olunmaqla əldə edilir. Soyuq sıxma şəkilində alınan yağlar əksər vaxt qoxusuz olur.


Bu yağların hər hansı biri ilə də suya batırıb sıxılmaqla üzdən makiyajı da silə bilərsiniz.

Təbii tonik:


– 3 ədəd limonun suyu

– 1 ədəd xiyarın suyu

– 1 ədəd portağalın suyu

– 2 x.q medsin spirti

– 1 qapaq badam yağı


Bunların hamısı bir-birinə qarışdırılır, şüşə qaba tökülür, soyuducuda saxlanılır. 1 həftə ərzində istifadə edilə bilər.

Sizin Reklam Yeriniz