Əlaqə Arxiv
news Image
2016.02.20
16:15
| A A A
Hesablama Palatasının sədri: “Dövlət büdcəsinə dəyişikliklər dünya iqtisadiyyatında baş verənlərlə bağlıdır”

"2016-cı ilin dövlət büdcəsində edilən dəyişikliklər dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır".Milli Məclisin mətbuat xidmətindən Movqe.az APA-ya verilən məlumata görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə layihəsi barədə fikirlərini açıqlayarkən deyib."Hesablama Palatasına daxil olan büdcə zərfindən də göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsində edilən dəyişikliklərin zərurəti dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişiklik Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir", - deyə o vurğulayıb.

Sizin Reklam Yeriniz