Əlaqə Arxiv
news Image
2016.02.23
13:10
| A A A
Masallıda “Dolu” filmi 3D formatda təqdim edilib

Xəbər verdiyimiz kimi, Masallı Rayon  İcra Hakimiyyəti  başçısının sərəncamına əsasən Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında fevralın 22-26-sı günlərində, saat 10-da Heydər Əliyev Mərkəzinin 3D kinozalında Masallı Rayon İcra Hakimiyyəti və Mərkəzin birgə təşkilatçılığı ilə əlaqədar Elxan Cəfərovun "Dolu" filmi təqdim ediləcəkdir.

Fevral ayının 22-dən başlayaraq Masallı rayon İcra hakimiyyəti və Masallı şəhər Heydər Əliyev Mərkəzinin bigə təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzinin 3D kinozalında Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar Elxan Cəfərovun səhnələşdirdiyi "DOLU" filminə baxış keçirilir.İştirakçılar ilk öncə Masallı şəhər Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqirimını canlandıran guşə və sərgi ilə tanış olur, daha sonra onlara tariximizin qanlı faciəsi olan Xocalı Soyqırımı haqqında ətraflı məlumat verilir. Məqsəd iştirakçılara Xocalı faciəsini aşılamaq və onlara vətənpərvərlik ruhunda tərbiyə olunmasında kömək olmaqdır.

Sizin Reklam Yeriniz