Suya görə cərimələri terminallarda ödəmək olar
"Azərsu" ASC-nin cərimələrini MilliÖN ödəniş terminallarında ödəmək artıq mümkündür. Movqe.az xəbər verir ki, bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.Cərimələr su sayğaclarının işinə qanunsuz müdaxiləyə görə tətbiq edilir. Belə olan halda ekspertiza aparılır və sayğaca qanunsuz müdaxilə faktı aşkar edilərsə, nəzarətçi tərəfindən akt tərtib edilir və abonent yeni sayğacın quraşdırılması haqqını ödəməlidir.MilliÖN terminallarında cərimələri "Kommunal xidmətlər" bölümündə ödəmək olar. Cəriməni ödəyərkən abonent kodunu və aktın nömrəsini göstərmək lazımdır.