Əlaqə Arxiv
news Image
2016.02.25
10:20
| A A A
Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan movqe.az-a verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.


Sizin Reklam Yeriniz