Əlaqə Arxiv
news Image
2012.11.26
13:03
| A A A
Narahat olan anaya göndəriləcək ən son fotoşəkil

Movqe.az xəbər verir ki, ABŞ-ın İllinois əyalətində yaşayan Samanta Busch onunla davamlı maraqlanan anasından intiqam almaq üçün Böyük Kanyonda uçurumdan yuvarlanırmış kimi pozda çəkdirdiyi fotoşəkilini ona göndərib.

Buschun fotoşəkili sosial saytlarda ən çox paylaşılanlar arasında olub. ABC televiziyasına danışan 22 yaşlı Busch oğlan dostu ilə Böyük Kanyondaykən anasının davamlı ona zəng edərək orada diqqətli olmasını söylədiyini bildirib. Anası Rebaccanın bu sözlərindən bezdiyini söyləyən Busch oğlan dostuyls uçurumun kənarında anasının ürəyini ağzına gətirən bu kadrı çəkdiklərini söyləyib.

Ana Rebacca cib telefonuna gələn fotonu gördüyü anı belə anladır: "Az qala infarkt keçirmişdim".

Busch anasına hər gün harada olduğunu xəbər vermək məcburiyyətində qalmamaq üçün bunu etdiyini və bu oyunlarına davam edəcəyini sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz