Əlaqə Arxiv
news Image
2016.02.26
12:12
| A A A
ADNSU “Ana harayı” abidəsini ziyarətə getdi

Fevralın 26-da səhər saatlarından başlayaraq Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılan "Ana fəryadı" abidəsi ölkə içtimaiyyəti tərəfindən yad olunur. Abidəni ilk olaraq Prezident İlham Əliyev, Azərbaycanın dövlət və hökumət rəsmiləri, eləcə də ADNSU rəhbərliyi, başda rektor Mustafa Babanlı olmaqla ziyarət ediblərBu gün bütün azərbaycanlılar kimi ADNSU- əməkdaşları da müasir tariximizdə üzləşdiyimiz ən dəhşətli faciəmiz olan Xocalı soyqırımının 24-cü ildönümünü böyük bir kədərlə qeyd edir.  "Xocalı" abidəsinə doğru hərəkət edən yürüşçülər sırasında ADNSU-nun YAP –ilk təşkilatının çoxsaylı üzvləri - müəllim və tələbələri də var. Universitetdən olan yürüş iştirakçıları abidənin önünə gül çələngləri, qərənfillər düzüb, qətlə yetirilən xocalıların ruhuna dualar oxuyublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə günahsız, əliyalın insanların hüquq və azadlıqlarının kütləvi şəkildə vəhşicəsinə pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən biri olan XOCALI soyqırımından 24 il keçir. Lakin bu cinayətin törədilməsində səbəbkar olan erməni cinayətkarları hələ də layiqli cəzalarını almayıblar. Bu gün dünya bir şeyi anlamalıdır! Xocalı Soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı törədilmiş bir cinayətdir. Bəşəriyyət öz susqunluğunu pozmalıdır!

Sizin Reklam Yeriniz