Əlaqə Arxiv
news Image
2016.02.26
13:00
| A A A
Temperatur 20 dərəcəyə yüksələcək

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə  6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə  1-6 dərəcə,  gündüz  11-16  dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz