Əlaqə Arxiv
news Image
2016.02.26
16:27
| A A A
Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Fevralın 26-da Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, tədbir Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlamentin deputatı Lyuk Simpkins tərəfindən təşkil edilib.


Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev iştirak edib.


Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı və Xocalıda törədilmiş soyqırım barədə məlumat verilib, materiallar təqdim edilib.


Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası barədə informasiya təqdim olunub.


Tədbirdə parlamentin deputatları, Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Sizin Reklam Yeriniz