Əlaqə Arxiv
news Image
2016.02.29
11:32
| A A A
Magistral yolda sürüşmənin baş verməsinin səbəbi açıqlandı-Təhlükə
Ələmdar Piriyev: "Yol genişləndirilərkən tökmə torpaqdan istifadə olunduğundan sürüşmə prosesi baş verib"

Bakı-Şamaxı-Yevlax yolunda baş verən torpaq sürüşməsi nəticəsində eni 20, dərinliyi 70 sm-ə qədər olan çatlar yaranıb. Bunu Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə. Piriyev bildirib ki, həmin yol genişləndirilərkən tökmə torpaqdan istifadə olunduğundan sürüşmə prosesi baş verib: "Həmin ərazi ümumiyyətlə qədim sürüşmə sahəsidir. Üstəlik Şamaxı tektonik cəhətdən aktiv ərazidir. Yağıntılar nəticəsində daha da aktivləşir. Ona görə də, həmin ərazidə ağırtonajlı maşınların hərəkəti qadağan olunmalıdır. Bizim ekspedisiyanın əməkdaşları əraziyə baxış keçirmək üçün yollanıblar. Tədqiqat işləri aparılacaq. Hazırda yolun sürüşmə baş verən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb".


Sizin Reklam Yeriniz