Əlaqə Arxiv
news Image
2016.02.29
14:45
| A A A
İmperator qripə yoluxdu

Yaponiya İmperator Sarayı İdarəsinin yaydığı məlumata görə, İmperator Akihitoya qrip diaqnozu qoyulub.


Hələ ötən həftənin şənbə günü İmperator özünü narahat hiss edib. Bazar günü aparılan analizlər nəticəsində monarxın bədənində virus olduğu aşkar edilib. İmperatorun hərarəti 37-38 dərəcəyə yüksəlib, boğazında ağrı və öskürək qeydə alınıb. Hazırda öz iqamətgahında olan monarx lazımi müalicə kursu keçir.


Movqe.az AzərTac-a istinadən bildirir ki, xəstələndiyinə görə fevralın 29-da İmperatorun iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb.


Ötən ilin dekabrında 82 yaşını qeyd etmiş İmperator Akihito təbəələri arasında dərin hörmətə və məhəbbətə malikdir. Yaponların əksəriyyəti hesab edir ki, o, ölkə konstitusiyasına uyğun olaraq "millətin rəmzi" rolunun öhdəsindən bacarıqla gəlir.

Sizin Reklam Yeriniz