Əlaqə Arxiv
news Image
2012.11.27
12:37
| A A A
Meksikaya monarx kəpənəklərinin miqrasiyası başlayıb

Movqe.az xəbər veriri ki, qış mövsümü yaxınlaşdıqca Meksikaya monarx kəpənəklərin miqrasiyası da artır. Hər il olduğu kimi bu ildə ABŞ və Kanadadan yaylaq üçün Meksikaya üz tutan bu canlılar əsrarənqiz və gözəl görüntülər yaradıblar. 4 min kilometrə yaxın məsafəni qətt edən kəpənəklər Miçoakan və Mexiko ştatlarının ərazisindəki "Mariposa-Monarka" biosfera qoruğunda məskən salıblar. Artıq ictimaiyyət üçün açıq elan olunan qoruğa gələn hər kəs növbəti ilin yazına qədər milyonlarla monarx kəpənəyin yaratdığı əsrarəngiz mənzərənin şahidi ola bilər. Mütəxəsislərin fikirincə, ABŞ və Meksikanın bəzi ərazilərində uzun sürən şiddətli quraqlığın hökm sürməsi kəpənəklərin kəskin şəkildə sayının azalmasına səbəb ola bilər. İlkin tədqiqatlar göstərib ki , bu il köç edən monarx kəpənəklərinin sayı ötən ilkindən az olacaq. Mütəxəsislər bildirirlər ki, cır bitkilər bu canlıların əsas qida mənbəyi sayılır, lakin quraqlıq bitkilərin inkişafına mənfi təsir göstərdiyindən kəpənəklər təhlükə ilə üz-üzə qalır. Bundan başqa Meksikanın qərbindəki ərazilərdə meşələrin qanunsuz kəsilməsidə bu nadir canlıların həyatı üçün əsl təhlükə yaradır. Bir çox alimlər isə kəpənəklərin azalmasını sənayə obyektlərdən və istixanalardan atmosferə atılan qazların səbəb olduğu qlobal iqlim dəyişikliyində görürlər.

Sizin Reklam Yeriniz