Əlaqə Arxiv
news Image
2012.04.19
17:47
| A A A
Yüksək təzyiqin təhlükəli müalicəsi

Bu gün statistik məlumatlara görə, hipertoniya xəstəliyindən, əhalinin 60% əziyyət çəkir. Təzyiqi aşağı salmaq üçün təyin edilən dərmanların 90% isə böyrək və ciyarıın pozulmasına səbəb olur. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər dərmanlardan asılı olurlar. Bununla yanaşı infakt və insultunda riski çoxalır.

İnsanların əksəriyyəti hipertoniyayla mübarizənin fəsadsız yollarını bilmirlər. Buna nail olmaq üçünsə hər bir orqanizm fərdi yanaşma tələb edir.

Bu səbəbdən də, həkimlər özbaşına dərman qəbul etməyin olduqca təhlükəli olduğunu bildirirlər.

"Sonradan orqanizmdə hər hansı bir funksiyanı pozmaqdansa, hipertoniya xəstəliyindən əziyyət çəkənlər dərhal həkimə müraciət etsələr daha yaxşı olar. Çünki belə dərmanların qəbulu hansı fəsadlara yol aça biləcəyini həkimlərdə dəqiq bilmir", - həkim-terapevt N.Axundzadə dedi.

Türkan Nadirqızı

Movqe.Az
Sizin Reklam Yeriniz