Əlaqə Arxiv
news Image
2012.11.28
16:54
| A A A
Məclisin ofisində "çılpaq həqiqət" etirazı - FOTO - VIDEO
Movqe.Az "Guardian"a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Məclisinin rəhbəri Con Boenerin ofisində AIDS-ə etiraz edən şəxslərin "çılpaq etiraz"ına məkan olub. HIV büdcəsinin azaldılmasına reaksiya verən etirazçılar jurnalistlərin qarşısında soyunaraq hərəkət edib.
HIV-lə mübarizə proqramlarında ediləcək dəyişikliklərə əsasən büdcə azalmalarına etiraz edən bir qrup aktivist ABŞ-ın Vaşinqton şəhərindəki ABŞ Nümayəndələr Məclisi rəhbəri Con Boenerin ofisində görüşüblər. Hərəkətlərini "Çılpaq həqiqət" başlığı altında təşkil edən aktivistlərdən üçü həbs olunub. Ofisdə soyunan qrup müxtəlif şüarlar səsləndiriblər və sonra isə jurnalistlərin jurnalistlərin suallarını cavablandırıblar.
Bədənlərini boyayla "AIDS üçün edilən azalmalar ölümə aparır" yazan etirazçılar verdikləri açıqlamada "AIDS-li insanlara hücum edilir. Biz nə edirik? Təbii hücuma cavab veririk" deyiblər.
Həbs olunan etirazçılar arasında olann 40 yaşlı Cenifer Flin etirazla əlaqədar bunları söyləyib: "AIDS-li insanlar davamlı olaraq bəziləri tərəfindən uçurumun kənarından aşağı atılmaqdan bezib. Dövlətin AIDS-li insanları narahat etməməsini təmin etmək məcburiyyətindəyik."

Sizin Reklam Yeriniz