Əlaqə Arxiv
news Image
2012.11.29
11:34
| A A A
Bu gün Sumqayıtda su olmayacaq

Şəhərin bəzi yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr yaranacaq

Sumqayıt şəhərinə içməli suyun verilməsində fasilələr olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, "H.Z.Tağıyev adına Su Kəmərləri" idarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da saat 09:00-dan 18:00-dək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə, Kimyaçılar, "Xəzər" bağları, "Kottec" yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Sizin Reklam Yeriniz