Əlaqə Arxiv
news Image
2012.11.30
17:32
| A A A
Qadın kişilərin sağlamlığı üçün saqqal buraxdı
Movqe.Az xəbər verir ki, dünyanın dörd bir tərəfində minlərlə kişi prostat xərçənginə diqqət çəkmək üçün bu ay bığlarını uzatıb. Hər Noyabr ayında keçirilən aksiyada bu il ən çox saqqal uzatmaqla marağa səbəb olan Siobhain Fletçer adlı qadın iştirakçı olub.
Hər il noyabr ayında kişi sağlamlığına diqqət çəkmək üçün təşkil edilən "Movember" adlı fəaliyyətə qatılanlar ay boyunca bığlarını qırxmayıblar.
Bir növ hormonal problemləri olan 36 yaşlı Siobhain Fletçer də saqqalını uzadaraq aksiyaya dəstək verib.
"Huffington Post"un xəbərinə görə yetkinlik illərindən bəri qadınlıq hormonlarındakı balanssızlıq nəticəsində xarici tüklənmə ilə mübarizə aparan Fletçer bir yoldaşından eşitdiyi aksiya haqqında ətraflı maraqlanıb.
Fletçer belə danışıb: "Mən ailə üzvlərini xərçəngə görə itirənlərə kömək etmək üçün saqqal buraxdım."
Avstraliyada 2004-cü ildə başlayan və bütün dünyada prostat xərçəngi başda olmaqla kişi xəstəliklərinə diqqət çəkmək üçün təşkil edilən "Movember" adlı fəaliyyətin adı Azərbaycanca "bığ" mənasını verən "Moustache" və "Noyabr" mənasını verən "November" sözlərinin birləşməsindən meydana gəlib.
Sizin Reklam Yeriniz