Əlaqə Arxiv
news Image
2016.04.01
11:45
| A A A
Ötən il Ali Məhkəmədə 9404 işə baxılıb

2015-ci ildə Ali Məhkəmənin məhkəmə kollegiyalarında plenimun icraatinda cəmi 11095 iş, o cümlədən cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş, hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada (inzibati) 1885 iş, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 423 iş, plenumda isə 12 iş olub.Movqe.az-ın xəbərinə görə, bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair hesabatında əksini tapıb.Hesabatda bildirilir ki, ötən il məhkəmə kollegiyalarında və plenumun icraatında olan 11095 işdən 9404 işə baxılıb.Cinayət kollegiyasında 2110 nəfər haqqında 1856 işə, hərbi kollegiyada 151 nəfər haqqında 135 işə, mülki kollegiyada 5657 işə, inzibati-iqtisadi kollegiyada (inzibati) 1399 işə, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 345 işə, plenumda isə 12 işə baxılıb.2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisə etdikdə, 736 işin artması görünür.

Sizin Reklam Yeriniz