Əlaqə Arxiv
news Image
2016.04.01
16:42
| A A A
Ötən il Ali Məhkəmənin Cinayət kollegiyası 2 minə yaxın işlə bağlı qərar çıxarıb

Ötən il Ali Məhkəmənin Cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub. Movqe.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmənin 2015-ci ildə fəaliyyətinə dair hesabatda qeyd olunub.


Bildirilir ki, həmin işlərdən iki nəfər haqqında iki iş təqdimatla, 1915 nəfər haqqında 1731 iş kassasiya şikayətinə, 692 nəfər haqqında 574 iş isə kassasiya protestinə əsasən daxil olub.


Daxil olan 2307 işdən 2110 nəfər haqqında 1856 cinayət işi üzrə kassasiya şikayəti və protestinə baxılmaqla yekun məhkəmə qərarı çıxarılıb, 76 nəfər haqqında 76 iş qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığından baxılmamış saxlanılıb.


Kollegiya 423 nəfər haqqında 375 işi baxılması üçün 2016-cı ilə keçirib.

Sizin Reklam Yeriniz