Əlaqə Arxiv
news Image
2012.12.01
11:26
| A A A
Çin "tək uşaq" siyasətini yumşaldır

Cütlüklərə ikinci uşağa sahib olmağa da icazə veriləcək.

Çin Xalq Respublikası "tək uşaq" siyasətini yumşaldır.

Bu aydan etibarən şəhərlərdə yaşayan cütlüklərə ikinci uşağa sahib olmağa da icazə verəcəklər.

Qeyd edək ki, Çindəki məşhur "Bir ailə - bir uşaq" siyasəti 1979-cu ildən etibarən tətbiq edilməyə başlayıb. Həmin ildən etibarən doğuşa nəzarət olunur. Hüquq müdafiəçiləri isə hesab edirlər ki, bu siyasət qadınların hüquqlarını pozur.

30 il ərzində "tək uşaq" siyasətinin tətbiq olunması ölkədə yaşlı nəslin sayının çoxalmasına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, yaşlı əhalinin sayının sürətlə artması gələcəkdə ölkə iqtisadiyyatına da mənfi təsir göstərəcək.

Sizin Reklam Yeriniz