Əlaqə Arxiv
news Image
2016.04.03
17:00
| A A A
Arıqların sayı azalır

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı tarixdə ilk dəfə olaraq az çəkili insanların sayını üstələyib.


Movqe.az APA-ya istinadən bildirir ki, bu barədə "Lancet" dərgisində dərc olunan  araşdırmada deyilir.    


Aparılmış tədqiqatın nəticələrinə əsasən,  son 40 ildə piylənmədən əziyyət çəkən insanların sayı 6 dəfədən çox artıb. Belə ki, əgər 1975-ci ildə dünyada bu problemlə 105 mln adam üzləşmişdisə, 2014-cü ildə artıq çəki problemi 640 mln insanı əhatə edib.  

 

"Bu tendensiyanın davam edəcəyi təqdirdə, artıq 2025-ci ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizi  piylənmədən əziyyət çəkəcək", - deyə tədqiqatda qeyd olunur.

 

Tədqiqatın nəticələrinə əsasən, dünyada az çəkili insanların sayı qadınlar arasında 12 faiz, kişilər arasında isə 15 faiz təşkil edir.  

 

Az çəki problemi, əsasən, Cənubi Asiya və Afrika qitəsinin bir sıra ölkələrində müşahidə olunur.

Sizin Reklam Yeriniz