Əlaqə Arxiv
news Image
2016.04.03
14:45
| A A A
FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün Türkmənistana yola düşüb

FHN-in təyyarəsinin aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlığa başlanılıb. Bu barədə Movvqe.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.


2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.


Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.

Sizin Reklam Yeriniz