Əlaqə Arxiv
news Image
2016.04.03
16:00
| A A A
Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunur - YENİLƏNİR

Ağdam. Ötən gün cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Mehrəliyev Sarvan Natiq oğlu bu gün Ağdamın Üçoğlan kəndində dəfn olunub. Movqe.az-ın apa-ya istinadən xəbərinə görə, Xocalı sakini olan əsgərin dəfnində Müdafiə Nazirliyinin, Ağdam və Xocalı rayon İcra hakimiyyətlərinin rəsmiləri, kənd sakinləri iştirak ediblər.

***

14:22

Biləsuvar- Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alınarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, Cəbrayıl rayonunun Veysəlli kəndindən məcburi köçkün, 22 yaşlı Ruhin Əşrəf oğlu Qəhrəmanov bu gün Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində dəfn olunub. Movqe.az xəbər verir ki, apa-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturlarının və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, şəhidin doğmalarının iştirak etdikləri vida mərasimində ailənin başçısı Əşrəf Qəhrəmanovun Qarabağ veteranı olduğu, iki oğlunun –Qəhrəman və Ruhinin ötən ilin noyabrından müddətdən artıq hərbi xidmət etdiyi bildirilib.

Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşı Qəhrəmana təqdim olunub. 

***

13:19

Qazax. Düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Orxan Əliyev dəfn olunub.Movqe.az-ın apa-ya istinadən verdiyi məlumata görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və şəhidin hərbçi yoldaşları iştirak edib. 

***


13:14


Şamaxı. Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib. Movqe.az-ın apa-ya istinadənxəbərinə görə, şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.Qeyd edək ki, şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.


 


***

10:59

Zaqatala.Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev dəfn olunub.Movvvqe.az-ın apa-ya istinadən  verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin! 

Sizin Reklam Yeriniz