2016/2017-ci tədris ili üçün baza ali tibb
təhsili əsasında rezidenturaya qəbul imtahanının aprelin 3-də
keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar
namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında Apellyasiya Komissiyası (TQDK)
yaradılıb.
Komissiyadan Movqe.az-a verilən məlumata görə,
Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi,
28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət
göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 4-dən 6-dək
saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və
surətini təqdim etməklə şəxsən müraciət edə
bilərlər.
Komissiyadan bildirilib ki, bu gündən imtahan
protokolları və cavab kartlarının emalına başlanılıb. İmtahan
nəticələri yaxın günlərdə elan olunacaq.
Nəticələr elan olunduqdan sonra namizədlər imtahan
nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini
bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola
biləcəklər.
Qeyd edək ki, aprelin 3-də 2016/2017-ci tədris ili
üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında
həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura
səviyyəsinə qəbul imtahanının I mərhələsini
keçirib.
İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1
binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada
operativ qərargah fəaliyyət göstərmiş və imtahanın gedişinə nəzarət
olunmuşdur.