Əlaqə Arxiv
news Image
2016.04.04
11:25
| A A A
Kürdəmirin daha 2 kəndinə ilk dəfə təbii qaz verildi

Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.Bu Movqe.az  barədə SOCAR-ın saytına istinadən xəbər verir.Bildirilir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.


Aprelin 2-də Kürdəmir rayonunun Beyi və Dayıkazımlı kəndlərinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Bildirilmişdir ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 38174 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Çıxış edənlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz