Əlaqə Arxiv
news Image
2016.04.04
13:00
| A A A
ADNSU tələbələrindən erməni cinayətkarlarına etiraz

Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri tənəffüs zamanı aprelin 2-də təmas xəttində baş verən erməni təxribatlarını, atəşkəsin pozulmasını, erməni cinayətkarlığını pisləyən aksiya keçiriblər. Universitetin həyətində baş tutan aksiyada tələbələr əllərində Azərbaycan bayraqları tutaraq dövlət himnini oxuyublar.Aksiyada "Qarabağı işğaldan azad edəcəyik", "Şəhidlər ölməz", "Qarabağ bizimdir, düşməndə qalmaz!" şüarları səslənib və erməni işğalçılarından xoşluqla torpaqlarımızı azad etmələri tələb olunub. Allah vətən uğrunda canını verən Şəhidlərimizə rəhmət eləsin! Düşmənə layiqli cavabı verməsi üçün dövlətimizə qüdrət, əsgərlərinə güc versin! Biz də sənin müsəlləh əsgərlərinik, VƏTƏN!

Sizin Reklam Yeriniz