Əlaqə Arxiv
news Image
2016.04.04
13:32
| A A A
Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - YENİLƏNİB

Aprelin 2-dən 3-nə keçən gecə düşmənin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun giziri, 1986-cı il təvvəldü Novruzov Ravil Elman oğlu dəfn edilib. Movqe.az-ın apa-ya istinadən  verdiyi məlumata görə, şəhid Xızı rayonunun Giləzi qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.  

 

12.28

 

***

 Yardımlı.  Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nürəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.Movqe.az-ın apa-ya istinadən məlumatına görə, dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun  xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.  

Sizin Reklam Yeriniz