Əlaqə Arxiv
news Image
2016.04.04
16:45
| A A A
Bütün tələbələr Ali Baş Komandanın əmrinə hər an hazırdır

Son günlər cəbhədə baş verənlər cəmiyyətin hər bir üzvü kimi tələbələri də düşündürməkdədir. Azərbaycan Ordusunun qazandığı qələbə və torpaqlarımızın geri qaytarılmasına münasibət bildirən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bunları qeyd etmişdir:"Azərbaycan əsgəri bir daha nümayiş etdirdi ki, hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı geri qaytarmağa qadirdir. Erməni qoşunlarının cəbhəyanı bölgələrdə etdikləri təxribatlara Azərbaycan Ordusu ən layiqli cavabı vermişdir. Əminəm ki, bundan sonra da bu cavab veriləcək və tarixi torpaqlarımız düşməndən azad ediləcəkdir. Tam əminliklə deyə bilərəm ki, hazırkı vəziyyətdə hər bir Azərbaycan tələbəsi düşmənlə döyüşə hazırdır və torpaqlarımıza mənfur düşmənin ayağının bir daha dəyməməsi üçün canından keçə bilər. Amma indiki halda tələbələrimiz sosial şəbəkələrdə və müxtəlif internet resurslarında apardıqları uğurlu təbliğatla həm vətəndaşlarımızda qələbə əhvali-ruhiyyəsinin olmasında, həm də düşmənlə aparılan informasiya müharibəsində fəal iştirak edirlər. Biz ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün yaydıqları yalan məlumatlara real faktlarla tam həqiqəti əks etdirəcək şəkildə cavab veririk. Biz bilirik ki, həqiqət və ədalət bizim tərəfimizdədir, Qarabağın qaytarılması və torpaqlarımızın azad edilməsinə heç bir şübhəmiz yoxdur. Yalnız bunun gec və ya tez baş verməsi ola bilər ki, bu mənada da erməni əsgərləri bilməlidirlər ki, gələcəkdə başlarına gələ biləcək hər hansı hadisədən qoruna bilmək üçün ən tez zamanda torpaqlarımızdan çıxıb getmələri lazımdır. Bir daha əsgərlərimizə, ordu komandirlərimizə tələbələr adından təşəkkür edir və onların yanında olduğumuzu bildirmək istəyirik".

Sizin Reklam Yeriniz