Əlaqə Arxiv
news Image
2012.12.03
11:28
| A A A
Ramiz Mehdiyev: “Azərbaycan enerji, nəqliyyat və tranzit infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcək”

"Bu gün təqdim edilən konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir.

Bir qayda olaraq beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran böyük əksəriyyət məsələləri özündə ehtiva edib". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

Administrasiya rəhbəri bildirib ki, "Azərbaycan – 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcək: "İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcək ki, bu da təyin edilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin, resursların rasional bölüşdürülməsini təmin edəcək. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq. İqtisadi inkişafın innovativ xarakteri rəqabətə davamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaq".

Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir: "Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələləri də əhatə edəcək. Bu imkan verəcək ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun həcmi iki dəfədәn çox artaraq 13000 ABŞ dollarına çatdırılsın.  Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcək. Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətinin keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyması, gənclərin potensialından geniş istifadə edilməsi, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac vardır". 

Sizin Reklam Yeriniz