Əlaqə Arxiv
news Image
2012.12.03
12:00
| A A A
Azərbaycan Xəzər dənizi üzərindən körpünün inşası variantlarını müzakirə edir

Azərbaycan Bakıda Xəzər dənizi üzərindən avtomobil körpüsünün inşasına dair mümkün variantları müzakirə edir.

"APA-Economics"in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahovun sözlərinə görə, artıq Xəzər dənizi üzərindən körpünün salınmasına dair ilkin texniki layihələndirmə və qiymətləndirilmə işləri aparılıb: "Hazırda biz bu varianta, eyni zamanda Xəzər dənizində tunelin salınması və kombinə edilmiş varianta, yəni tunel və körpü variantına baxırıq. Nəticədə, bu variantlardan biri seçiləcək".

Qeyd edək ki, bu körpünün inşası təklifi ilə koreyalı mütəxəssislər çıxış ediblər. Layihənin dəyəri 1 mlrd. dollardan artıq qiymətləndirilir.

Sizin Reklam Yeriniz