Cəbhədə gərginlik davam
edir. Ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr
vurub. Azadlıq Radiosunun Erməsistan bürosu Ağdərədəki xəstəxanadan
görüntülər yayıb. Video kardlarda təcili yardım maşınlarının
bir-birinin ardınca xəstəxanaya yaralı və meyit daşıdğı görünür.
Erməni rəsmiləri onlarla itki verdiklərini etiraf etməsələr
də, kadrlarda meyitlərin hətta hərbi maşınlarla belə xəstəxanaya
daşındığı, hərbçilərin simasındakı qorxu açıq-aşkar görünür.
Ötən gün Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri
Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72
nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə
məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə
zonasında 5 könüllünün öldüyünü də etiraf edib.
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə
ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə
xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində
itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini
anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış
məntəqələrini atəşə tutmaqda davam edib. Strateji baxımdan
əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq
zərbələrlə dağıdılıb. Ancaq aprelin 4-də axşam saatlarında
düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi
atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə
birlikdə atəş gücü vasitəsilə məhv edilib. Cəbhənin Xocavənd-Füzuli
istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş
vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini
minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə
və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.
Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər
saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş
zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə
sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan
çıxarılıb.